Faciəvi şəkildə ölən 35 yaşlı Fəridin FOTOSU
    • 5-03-2024, 22:32
    • 543

Faciəvi şəkildə ölən 35 yaşlı Fəridin FOTOSU

Dünən Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə Yuxarı Ləki kəndində baş verib.

1981-ci il təvəllüdlü Nuhov Tərlan Həsrət oğlu idarə etdiyi "VAZ 2107" minik markalı avtomobillə yolu keçmək istəyən piyada 1989-cu il təvəllüdlü Xəlilov Fərid Elburus oğlunu vurub.

Ağır xəsarət alan Fərid Xəlilov xəstəxanaya aparılsa da, vəfat edib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.

Vəfat edən şəxsin fotosunu təqdim edirik.