![5 və 6 yaşlı uşaqları maşın vurub öldürdü](/uploads/posts/2023-10/1698128049_cdb88d13-ea6a-3077-968d-16441eded61f_850.webp)
-
- 24-10-2023, 11:22
- 142
5 və 6 yaşlı uşaqları maşın vurub öldürdü
Bakıda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 15:50 radələrində Suraxanı rayonu Zığ qəsəbəsində İsgəndər Ədilov idarə etiyi "Kia Rio" markalı avtomobillə 2017-ci il təvəllüdlü Abdulhəlim Musayevi vurub. Ağır xəsarətlər alan 6 yaşlı oğlan xəstəxanaya aparılarkən yolda ölüb.
Oxşar hadisə Şəmkir rayonunda da baş verib. Dünən saat 13 radələrində Sabirkənd kəndi ərazisində Əvəz Mustafayev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2018-ci il təvəllüdlü Sahil Məmmədovu vurub. 5 yaşlı uşaq hadisə yerində həyatını itirib.
Hər iki hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.