PFL rəsmisi Millətlər Liqasının oyununa TƏYİNAT ALDI
    • 24-10-2023, 17:53
    • 278

PFL rəsmisi Millətlər Liqasının oyununa TƏYİNAT ALDI

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

News24.az xəbər verir ki,  PFL rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqasının seçmə mərhələsində təşkil olunacaq Sloveniya - Belarus matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 31-də Sloveniyada reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.