-
- 6-03-2024, 17:27
- 208
Trampın yeganə ciddi rəqibi geri çəkiləcək
ABŞ mətbuatında yer alan xəbərlərdə, 15 ştatda keçirilən “Super çərşənbə axşamı” kimi tanınan praymerizdə rəqibi Trampa qarşı Vermont əyalətində yalnız ilkin seçkilərdə qalib gələn Heylinin prezidentlik yarışından geri çəkiləcəyi bildirilir.
News24.az xəbər verir ki, Cənubi Karolina ştatının keçmiş qubernatoru Heylinin gün ərzində namizədliyini geri götürməsi ilə bağlı çıxış edəcəyi gözlənilsə də, çıxışında Trampa dəstək bəyanatı verməsi gözlənilmir.
Vermont ştatında keçirilən ilkin seçkilərdə qeyri-rəsmi nəticələrə görə, 50%-yə yaxın səs toplayan Heyli ötən gecə 45 faiz səs toplayan Trampa qarşı ilk qələbəsini qazanıb.
Yanvarın 15-də Ayova ştatında başlayan və Demokratik Partiya və Respublikaçılar Partiyasının namizədlərinin öz partiyalarında prezidentliyə namizəd olmaq üçün yarışdığı ilkin seçki prosesi iyunun 8-də başa çatacaq.
Daha sonra Respublikaçılar Partiyasının 15-18 iyulda Milwaukee şəhərində, Demokratlar Partiyasının isə avqustun 19-22-də Çikaqoda keçiriləcək qurultayında partiyaların prezidentliyə namizədləri rəsmən müəyyənləşəcək və seçilmiş nümayəndələrin səsləri ilə elan ediləcək.
Günel Məlikazdə