Hərbi helikopter qəzaya uğradı: 3 nəfər öldü
    • 7-03-2024, 10:35
    • 138

Hərbi helikopter qəzaya uğradı: 3 nəfər öldü

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, hadisə nəticəsində Hərbi Dəniz Qüvvələrinin üç üzvü həlak olub, ikisi isə itkin düşüb.

Qeyd olunur ki, hadisə Lazaro Kardenasdan (Miçoakan ştatı) 370 km cənub-qərbdə baş verib. Təyyarədə cəmi səkkiz nəfər olub, üç nəfər xilas edilib. Baş verənlərin səbəbləri hələlik məlum deyil.

Mehriban Mirzəzadə