-
- 7-03-2024, 21:00
- 237
"İsrailin yəhudiləşdirmə siyasəti ciddi təhlükədir"
Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Doha rəhbərliyinin İsrailin İordan çayının qərb sahilində təxminən 3500 evdən ibarət yeni yaşayış məntəqəsi inşasına icazə verməsi qərarının şiddətlə pisləndiyi bildirilib.
News24.az xəbər verir ki, bəyanatda bu addımın beynəlxalq hüququn, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT) 2334 saylı qətnaməsinin açıq şəkildə pozulması və Fələstin xalqının hüquqlarına açıq hücum olduğu vurğulanıb.
Bəyanatda qeyd olunub ki, Şərqi Qüds də daxil olmaqla Qərb Sahilinin böyük bir hissəsini “yəhudiləşdirməyə” yönəlmiş məskunlaşma planları və təşəbbüsləri Fələstin, İsrail arasında iki dövlətli həllin həyata keçirilməsinə yönəlmiş beynəlxalq səylərə ciddi təhlükə yaradır.
Günel Məlikzadə