Sumqayıt yolunda ağır qəza, ölən var
    • 8-09-2023, 10:17
    • 710

Sumqayıt yolunda ağır qəza, ölən var


Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunda ağır yol qəzası baş verib.

News24az-ın məlumatına görə, hadisə yolun Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazindən keçən hissədə baş verib.

Yolda hərkətdə olan “Vaz” markalı avtomobillə  eyni istiqamətdə hərəkət edən “BMW” markalı avtomobil toqquşub. Nəticədə "Vaz" markalı avtomobilin sürücüsü 1974-cü il təvəllüdlü Asif Hüseyn oğlu Məmmədov hadisə yerində ölüb. Digər maşının sürücüsü yaralanıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli