"İllərdir səhnədədirlər, amma bir işə yaramırlar"
    • 7-03-2024, 18:48
    • 195

"İllərdir səhnədədirlər, amma bir işə yaramırlar"

"Elə aparıcılar və müğənnilər var ki, 50 ildir səhnədə çıxış edirlər. Onlara baxıb deyirəm ki, bunlar Azərbaycan incəsənətinə nə veriblər?".

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "İncə səhər" proqramında deyib. Sənətçi bəzi aparıcı və ifaçıları tənqid edib. 

"Hərdən deyirəm ki, bu aparıcı kimdir? Nə olsun ki, illərlə səhnədədirlər, amma bir işə yaramırlar. Həqiqətən də belədir... Yaxşı ki, onlar var. Beləcə, peşəkarlar onlardan seçilir" deyə, Elnur əlavə edib.