Ordubadda 6 otaqlı evdə yanğın olub
    • 8-03-2024, 09:45
    • 158

Ordubadda 6 otaqlı evdə yanğın olub


Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əylis kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 29 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.