Alp dağlarında 6 xizəkçi İTKİN DÜŞDÜ
    • 10-03-2024, 19:44
    • 280

Alp dağlarında 6 xizəkçi İTKİN DÜŞDÜ


Martın 9-da İsveçrənin kurort şəhəri Zermattdan yola düşən 6 xizəkçi ilə əlaqə kəsilib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, pis hava şəraiti onların axtarışlarına mane olur.

"Martın 9-dan etibarən Zermatt-Arolla marşrutu üzrə altı xizəkçinin axtarışı davam edir. Qrup şənbə günü Zermattdan yola düşüb və Tet Blanş bölgəsində itkin düşüb", - məlumatda deyilir.

Polisdən bildirilib ki, axtarış üçün bütün vasitələrdən istifadə edilir:

“Hazırda hava şəraiti çox pisdir və bu, xilasetmə əməliyyatını çox çətinləşdirir”.