-
- 11-03-2024, 13:20
- 262
"Ankara icazə istəməyəcək" - Yaşar Gülər
Türkiyə öz sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün icazə istəməyəcək və lazımi tədbirləri görəcək,
News24.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Hürriyet” qəzetinə bildirib.
“Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə istəmirik və lazım olanı edirik. Türkiyə Cümhuriyyətinin böyük dövlət olduğunu heç kim unutmamalıdır. Biz heç kimin əmrinə tabe olmadıq və olmayacağıq”, - deyə Gülər əlavə edib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının yaraqlılarına qarşı genişmiqyaslı quru hərbi əməliyyatları keçirməyi planlaşdırır.