ABŞ və İordaniyadan Qəzzaya yardım
    • 11-03-2024, 20:00
    • 249

ABŞ və İordaniyadan Qəzzaya yardım

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzza zolağının şimalına 11500 yemək dəyərində humanitar yardım göndərdiklərini açıqladı.

News24.az xəbər verir ki, bu barədə CENTCOM-un sosial media platformasındakı hesabında məlumat verilib

Açıqlamada Qəzzada mülki vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün havadan yardım edildiyi, ərzaq yardımının 11 min 500 yeməyə bərabər olduğu bildirilib.

Açıqlamada havadan yardım paketlərində düyü, un, makaron və konservlərin olduğu bildirilib və havadan yardımın davam edəcəyinə dair mesaj verilib.

Günel Məlikzadə