Misir və BƏƏ-dən 5-ci hava yardımı
    • 9-03-2024, 20:35
    • 197

Misir və BƏƏ-dən 5-ci hava yardımı

Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qəzza zolağına 5-ci dəfə hava yardımı çatdırdığı açıqlanıb.

News24.az xəbər verir ki, BƏƏ xəbər agentliyi (WAM) 10 gün əvvəl BƏƏ və Misir Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı ilə Qəzzaya hava yardımı göndərilməyə başladığını bildirərək, bu əməliyyat çərçivəsində son yardımın edildiyini qeyd edib.

Xəbərdə Qəzzəyə beşinci dəfə hava yolu ilə yardımın çatdırıldığı, yardımın "fələstinlilərin müharibə səbəbilə çəkdikləri əziyyətləri yüngülləşdirmək və çətinliklərin öhdəsindən gəlmələrinə kömək etmək" məqsədi daşıdığı bildirilib.

Misir və BƏƏ-nin birgə əməliyyatı ilə Qəzzada fələstinlilərə 62 ton ərzaq və tibbi yardımın çatdırıldığı bildirilib.

Günel Məlikzadə