“Pişik Günel” çağırış edib: “Qıjılara qarşı senzura olsun” – VİDEO
    • 12-03-2024, 11:30
    • 196

“Pişik Günel” çağırış edib: “Qıjılara qarşı senzura olsun” – VİDEO

“Pişik Günel” ləqəbilə tanınan müğənni Günel Ələkbərova bayağı ifalar edən həmkarlarını tənqid edib.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, “Xəbərin var?” verilişinin qonağı olan sənətçi çağırış edib: 

“Sosial şəbəkələrdə belələrini görməkdən gözlərimiz mazol olub. Elə bil toyxanadır. Artıq bu “qıjıstor”ları yığışdırsınlar, senzura olsun. O qədər savadlı müğənnilərimiz var ki...

Lalə Məmmədova, Natavan Həbibi, Səidə, Elnarə, İradə İbrahimovalar var, bizim estradamız bunlardan ibarətdir. Estradamız 5-6 nəfər "qıjı”, Hindistan mahnıları oxuyanlardan ibarət deyil!”