Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırıldı
    • 12-03-2024, 17:35
    • 199

Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırıldı

Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb. 

News24.az xəbrə verir ki, bu barəd "Radio Moldova" məlumat yayıb.

Məlumata görə, rusiyalı diplomata Moldova Respublikasının Dnestryanı bölgəsində Rusiyanın seçki məntəqələrinin açılmasını bəyənməyən Xarici İşlər Nazirliyinin mövqeyi barədə məlumat verilib.

“Rusiya beynəlxalq hüququn norma və prinsiplərini pozur. Moldova Respublikasının suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir. Xarici İşlər Nazirliyi vəziyyəti qiymətləndirməyə davam edir və gələcək lazımi reaksiyalar barədə əlavə məlumat verəcək”, - XİN-in bəyanatında deyilir.

Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdən sonra Oleq Vasnetsov Kişinyovun mövqeyini əsassız adlandırıb. O, bəyan edib ki, Moldova Respublikasında Rusiya vətəndaşlarının hüquqlarına hörmət edilməlidir.

Mehriban Mirzəzadə