Pakistan və Türkiyə əlaqələrini genişləndirəcək
    • 13-03-2024, 14:53
    • 114

Pakistan və Türkiyə əlaqələrini genişləndirəcək

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı paytaxtdakı baş nazirlikdə qəbul edib.

News24.az xəbər verir ki, görüş zamanı Şərif Türkiyə ilə Pakistan arasında 5 milyard dollarlıq ticarət hədəfinə nail olmaq üçün ticarətin genişləndirilməsinin lazım olduğunu bildirib.

Şərif Pakistan və Türkiyənin fundamental məsələlərdə bir-birini daim dəstəklədiyini və gələcəkdə də bir-birini dəstəkləməyə davam edəcəklərini bildirib.

Şərif Prezident Rəcəb Tayyib Ərdoğanın ona zəng edərək yeni vəzifəsi münasibətilə təbrik etməsindən məmnun olduğunu bildirib və milli döyüş təyyarəsi KAAN-ın uğurlu uçuşu münasibətilə Türkiyəni təbrik edib.

Səfir Paçacı yenidən baş nazir seçilən Şerifi təbrik edərək, iki ölkə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Günel Məlikzadə