Putin Paşinyanla görüşəcək - TARİX AÇIQLANDI
    • 6-05-2024, 18:18
    • 153

Putin Paşinyanla görüşəcək - TARİX AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

News24.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Ali Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək”, - deyə o bildirib.

O qeyd edib ki, bu ikitərəfli təmas çox məzmunlu olacaq, müzakirə olunacaq bir çox məsələlər olacaq.

Mehriban Mirzəzadə