Almaniya bu tarixdə Qəzzaya yardım göndərəcək
    • 13-03-2024, 16:30
    • 153

Almaniya bu tarixdə Qəzzaya yardım göndərəcək

Almaniya həftənin sonunda Qəzza zolağına hava yolu ilə yardım çatdırmağa başlayacaq

News24.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Məlumata görə, Almaniya müdafiə naziri Qəzza zolağının əhalisinə hava yolu ilə humanitar yardımın çatdırılması əməliyyatının başlanması ilə bağlı əmr imzalayıb.

Fransada yerləşdirilən C130 nəqliyyat təyyarəsinin yükləri havadan atacağı güman edilir. Bildirilir ki, əməliyyat həftənin sonunda başlayacaq.

Mehriban Mirzəzadə