Əfsanəvi döyüşçünün evi yandı
    • 13-03-2024, 19:23
    • 107

Əfsanəvi döyüşçünün evi yandı

Əfsanəvi keçmiş UFC döyüşçüsü Mark Koulman xəstəxanaya yerləşdirilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 59 yaşlı veteran idmançının evində yanğın baş verib.

O, bir neçə qohumunu yanğından çıxara bilsə də, iti xilas etmək üçün geri qayıdıb və tüstüdən huşunu itirib. Koulman xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti ağırdır.

Mark ağır çəkidə ilk UFC çempionu olub. O, 1996-cı ildə təşkilatın keçirdiyi iki turnirin qalibi olub.