Putindən Qərbə: “Vampir ziyafəti sona çatır”
    • 13-03-2024, 19:44
    • 111

Putindən Qərbə: “Vampir ziyafəti sona çatır”

“Beynəlxalq arenada ədalətsiz aparıcı rolunu saxlamaq istəyən Qərb elitaları başa düşməlidirlər ki, başqa xalqları istismar edən “vampir ziyafəti” artıq sona çatır”.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova verdiyi müsahibədə deyib.

“Qərb elitaları əsrlər boyu qarınlarını insan əti ilə, ciblərini isə pulla doldurmağa adət ediblər. Ancaq onlar başa düşməlidirlər ki, vampir ziyafəti sona çatır”, - deyən Rusiya lideri qeyd edib ki, Qərb əsrlər boyu Afrika, Asiya və Latın Amerikası xalqlarının qanını sümürüb.