"Rusiya Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır"
    • 13-03-2024, 19:15
    • 116

"Rusiya Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır"

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Parlamentinin (AP) Baş Assambleyasında Avropanın gələcəyi ilə bağlı sessiyada çıxış edib.

News24.az xəbər verir ki, Ukraynadakı müharibəyə də toxunan Orpo, “Mən deyirəm ki, bu gün Ukraynaya xərclənən hər avro, Rusiya qalib gələrsə, alternativ xərclərlə müqayisədə aşağı qiymətdir” dedi.

Ukraynaya dəstəyin artırılmasına çağıran Orpo, "Rusiya açıq şəkildə Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır. Bu, Avropa üçün daimi və ekzistensial hərbi təhlükə yaradır. Əgər biz vahid Avropa olaraq buna adekvat cavab verə bilməsək, qarşıdakı illər təhlükələrlə və yaxınlaşan hücum təhlükəsi ilə dolu olacaq" deyə əlavə edib.

Orpo qeyd edib ki, Avropa müdafiə sənayesini gücləndirməli, sərhədlərini gücləndirməli, bürokratiyanı azaltmalı, davamlı maliyyə siyasətləri həyata keçirməli, əmək bazarında islahatlar aparmalı və yeni ticarət müqavilələri bağlamalıdır.

Günel Məlikzadə