“Mənim sənə sevgim ondan daha çoxdur”
    • 14-03-2024, 11:06
    • 316

“Mənim sənə sevgim ondan daha çoxdur”

Müğənni Mərdan Kazımov nişanlısı, influenser Nəzrin Nəcəfova ilə bağlı paylaşımı ilə diqqət çəkib. 

News24.az xəbər verir ki, o, instaqramda birgə fotolarını yerləşdirərək Nəzrinin doğum gününü təbrik edib:  

“Doğum günün mübarək olsun, sevgilim. Üzündən gülüş, həyatından xoşbəxtlik əskik olmasın. Səma nə qədər mavidirsə, mənim sənə olan sevgim ondan daha çoxdur. Yaxşı ki, varsan! Səni çox sevirəm”.

Nəzrin isə posta “Bu necə gözəl sözlərdir belə. Sən də yaxşı ki, varsan! Mən də səni çox” rəyini yazıb.

Könül