Ərdoğan: 3+3 regional formatı çox vacib platformadır
    • 14-03-2024, 12:04
    • 125

Ərdoğan: 3+3 regional formatı çox vacib platformadır

3+3 regional formatı regionda anlaşma, Cənubi Qafqazda sülh və sabitlik üçün çox vacib platformadır. Cənubi Qafqazda sülh və sabitlik bərpa olunsun. Bu il biz həmin təşəbüsün üçüncü görüşünə evsahibliyi edəcəyik.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

O, dünya yalnız beş gücdən ibarət deyil: “Regional əməkdaşlığın təxirəsalınmaz məsələyə çevrildiyini vurğulayıb. Hazırda Türkiyə regionda problemlərin həlli yoluna məhz bu prinsip əsasında çalışır”.

Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub./Report