Putin rusları səs verməyə çağırdı
    • 14-03-2024, 14:52
    • 191

Putin rusları səs verməyə çağırdı

Rusiya prezidenti Vladimir Putin rusiyalıları səs verməyə çağırıb.

News24.az xəbər verir ki, bu gün Rusiya dövlət televiziyasında yayımlanan çıxışında Putin rusiyalıları “vətənpərvərliklərini göstərmək üçün” qarşıdan gələn prezident seçkilərində səs verməyə çağırıb.

Putin, "Mən istəyirəm ki, səs verməyə gəlib, sevimli Rusiyanın gələcəyi üçün vətənpərvərliyinizi və vətəndaşlıq borcunuzu göstərəsiniz. Bu gün seçkilərdə iştirak etmək vətənpərvərlik hisslərinizi göstərməkdir".

Rusiyada martın 15-17-də keçiriləcək prezident seçkilərinin Putinə daha 6 illik səlahiyyət verəcəyi dəqiq hesab edilir.

Xatırladaq ki, Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalni ölümündən əvvəl Rusiya vətəndaşlarını seçkilərə etiraz etməyə çağırıb.

Navalnının həyat yoldaşı Yuliya Navalnaya da eyni çağırışı edib və seçiciləri eyni bülletenləri korlamağa çağırıb.

Günel Məlikzadə