-
- 15-03-2024, 17:29
- 255
Aİ Komissiyasından 500 milyon avro dəstək
Avropa İttifaqı (Aİ) Komissiyası silah-sursat istehsal gücünü artırmaq üçün Avropa şirkətlərinə maliyyə ayıracağını açıqlayıb.
News24.az xəbər verir ki, Sursat İstehsalına Dəstək Aktı (ASAP) çərçivəsində Avropa müdafiə sənayesinə 500 milyon avro veriləcəyi bildirilib.
“Bu, Avropa müdafiə sənayesinə 2025-ci ilin sonuna qədər döyüş sursatı istehsal gücünü ildə 2 milyon patrona çatdırmağa imkan verəcək”, - deyə məlumatda bildirilir.
Günel Məlikzadə