Aİ bu ölkəyə 2 milyon artilleriya mərmisi verəcək
    • 17-02-2024, 13:25
    • 163

Aİ bu ölkəyə 2 milyon artilleriya mərmisi verəcək

2025-ci ildən Avropa İttifaqı Ukrayna üçün hər il iki milyona qədər artilleriya mərmisi istehsal edəcək.

News24.az xəbər verir ki, bunu Avropanın maliyyə məsələləri üzrə komissarı Yohannes Han deyib.

Hahnın sözlərinə görə, 2024-cü ilin martına qədər - Aİ Ukraynaya bir milyon mərmi ötürəcəyini vəd edir vəartıq 500,2 min artilleriya sursatını təmin edə biləcək.

"İlin sonuna qədər o qədər böyük istehsal gücümüz olacaq ki, gələn ildən iki milyon artilleriya mərmisi istehsal edə biləcəyik", - deyə o bildirib.

Mehriban Mirzəzadə