Fələstinli olsaydım, İsrailə qarşı döyüşərdim: İsrail Kəşfiyyat Başçısı
    • 16-03-2024, 19:30
    • 213

Fələstinli olsaydım, İsrailə qarşı döyüşərdim: İsrail Kəşfiyyat Başçısı

Keçmiş İsrail Daxili Kəşfiyyat Xidmətinin Şin-Bet rəhbəri Ami Ayalon Fələstinli olsaydı, azadlığını qazanmaq üçün İsrailə qarşı vuruşacağını bildirərək, İsrailin Milli Təhlükəsizlik və Maliyyə nazirlərini “terrorçu” adlandırıb.

News24.az xəbər verir ki, bu barədə o ABC News Australia telekanalına İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

"Əgər siz Qəzzada və ya işğal altındakı İordan çayının qərb sahilində yaşayan bir fələstinli olsaydınız, İsrailə baxışınız necə olardı?. Azadlığımı qazanmaq üçün İsrailə qarşı döyüşərdim. Azadlığımı əldə etmək üçün hər şeyi edərdim",- deyə Ayalon söyləyib.

Mehriban Mirzəzadə