Əri yeni ölən qadın, ona sataşan kişini sillələdi
    • 16-03-2024, 19:45
    • 174

Əri yeni ölən qadın, ona sataşan kişini sillələdi

Türkiyənin Sakarya vilayətində həyat yoldaşı yeni vəfat edən qadın Nuran Kul onu  narahat edən kişini sillələyib.

News24.az xəbər verir ki, bu barədə Hürriyyet qəzeti məlumat yayıb.

Məlumata görə, Sakaryanın Pamukova rayonunda həyat yoldaşı təxminən iki ay əvvəl dünyasını dəyişən Nuran Kul bir müddətdir onu narahat etdiyini iddia etdiyi şəxsi rayondakı parkda döyüb. 

“Ona xəbərdarlıq etdim, amma dinləmədi. Ona layiq olduğu cəzanı verdim və Osmanlı silləsi vurdum”,- deyə qadın hadisəni izah edib.

Əldə edilən məlumata görə, Pamukovada yaşayan Nuran Kul (54) ərini iki ay əvvəl ağciyər xərçəngindən itirib. 

Həmin görüntüləri təqdim edirik:

Mehriban Mirzəzadə