Zaqatalada partlayış - ÖLƏN VAR
    • 16-03-2024, 15:54
    • 1 673

Zaqatalada partlayış - ÖLƏN VAR

Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Araşdırma aparılır.