Rusiyada prezident seçkilərində səsvermənin sonuncu günüdür
    • 17-03-2024, 10:12
    • 149

Rusiyada prezident seçkilərində səsvermənin sonuncu günüdür


Rusiya Federasiyasında prezident seçkilərinin sonuncu günüdür.

News24.az xəbər verir ki, seçki məntəqələri Moskva vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 19.00) bağlanacaq. İlkin nəticələr səsvermə başa çatdıqdan bir saat sonra elan olunacaq.

Qeyd edək ki, səsvermə prosesi Federasiyadan kənarda martın 1-də başlayıb. Ölkə ərazisində məntəqələrdə səsvermə isə martın 15-də start götürüb. Ali kürsü uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov mübarizə aparır.