Yeni Azərbaycan rekordu vurulub
    • 10-03-2024, 13:31
    • 35

Yeni Azərbaycan rekordu vurulub


Abdullah Zubir Azərbaycan rekorduna imza atıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu avrokuboklardakı qol sayını 14-ə çatdırıb.

Fransalı yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə Almaniyadakı səfər görüşündə (2:3) fərqlənib. Komandasının ilk qoluna imza atan Zubir Avropada 14-cü dəfə rəqib qapısına yol tapıb.

O, Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçudur. "Braqa" ilə pley-offda rekordu ələ keçirən Zubir özünün sahibi olduğu göstəricini Almaniyada yeniləyib.

Abdullah üç fərqli turnirdə qol vurub. O, Çempionlar Liqasında 2, Avropa Liqasında 9, Konfrans Lqasında 3 dəfə fərqlənib.

Qeyd edək ki, bu göstəricidə ikinci olan Reynaldo 11 qol vurub.