Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb
    • 17-03-2024, 13:55
    • 159

Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb


Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb, yol təsərrüfatına ziyan dəyib.

News24.az bildirir ki, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, idaretməni itirən minik avtomobili yolun kənarında elektrik dirəyinə çırpılıb. Nəticədə dirək aşıb və istinad divarı zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.