-
- 17-03-2024, 16:10
- 298
Rusiya ilə bağlı SENSASİON HESABAT
Rusiyanın dünyaya silah ixracında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, Britaniya kəşfiyyatı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatını təhlil edərək belə bir qənaətə gəlib.
Məlumata görə, Rusiyanın silah ixracı 2013-2018 və 2019-2023-cü illər arasında 53% azalıb. Nəticədə Rusiya silah ixracına görə qlobal reytinqdə ikinci yerdən üçüncü yerə düşüb. 2023-cü ildə Rusiya silah ixracının həcmi 2022-ci illə müqayisədə 52% az olub. 2019-cu ildəki 31 ölkə ilə müqayisədə 2023-cü ildə yalnız 12 ölkə Rusiya silahlarını alıb.
Kəşfiyyat rəsmiləri azalmaya bir sıra amillərin səbəb olduğunu qeyd ediblər.
“Xüsusilə bu, Rusiyanın öz silahlarını əsasən Ukrayna cəbhəsinə göndərməsi, habelə sanksiyalar riski səbəbindən istehlakçı tələbatının azalması və Rusiyanın imicinin pisləşməsi ilə bağlıdır”, - deyə icmalda deyilir.