İstanbulda atışma olub, ölən və yaralanan var
    • 18-03-2024, 08:11
    • 390

İstanbulda atışma olub, ölən və yaralanan var


İstanbulda kafenin qarşısında silahlı insident baş verib.

News24.az xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb.

Bildirilib ki, əslən türk olan üç İsveç vətəndaşı ilə başqa bir əslən türk olan İsveç vətəndaşı Məzlum Ayrancı arasında mübahisə yaşanıb.

Atışma ilə davam edən mübahisədə Ayrancı ölüb, onun yanındakı Umut Koyuncu isə ayağından yaralanıb.

Faktla bağlı araşdırma aparılır.