-
- 18-03-2024, 10:40
- 320
Azərbaycan klubu əcnəbi hücumçusunu göndərdi - SON DƏQİQƏ
“Araz-Naxçıvan”da sürpriz ayrılıq baş verib.
Muxtar Respublika təmsilçisi Elvis Maşike ilə yolları ayırıb.
Bölgə klubu konqolu yarımmüdafiəçi ilə 1 illik müqaviləyə vaxtından əvvəl xitam verib. 30 yaşlı hücumameyilli oyunçu qarşılıqlı razılaşma əsasında kontrakta xitam verməyə razılaşıb.
Mövsümün geridə qalan hissəsində Premyer Liqada cəmi 3 qol vura bilən afrikalı bundan öncə Maltada “Xamrun Spartan”ın formasını geyinib.
O, həmçinin Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib.//sportinfo