Tanınmış musiqiçi vəfat etdi - FOTO
    • 18-03-2024, 11:21
    • 166

Tanınmış musiqiçi vəfat etdi - FOTO

İngilis rok qrupu "Cockney Rebel"in solisti kimi tanınan britaniyalı musiqiçi Stiv Harli 74 yaşında vəfat edib.

News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə onun ailəsi sosial şəbəkədə məlumat yayıb.

"Biz dərin hüzünlə bildiririk ki, gözəl həyat yoldaşı və atamız ailəsinin əhatəsində evdə vəfat edib", - deyə yazıda bildirilib.

Qeyd edək ki, qlem-rok janrında ifa edən "Cockney Rebel" 1973-cü ildə Londonda yaradılıb. Onun populyarlığının zirvəsi ötən əsrin 70-ci illərinin ortalarına təsadüf edir. Qrupun "Make Me Smile" ("Come Up and See Me") və "Here Comes The Sun" ("The Beatles" hitinin kaveri) kimi mahnıları 1975-ci ildə Böyük Britaniya hit-paradlarının zirvəsinə yüksəlib.