Ümrə ziyarətindən qayıdan şəxs SAXLANILDI – Qəribə səbəb
    • 18-03-2024, 11:46
    • 291

Ümrə ziyarətindən qayıdan şəxs SAXLANILDI – Qəribə səbəb

Tacikistanda Ümrə ziyarətindən gələn şəxs saxlanılıb. Buna səbəb X.Murodillozoda adlı şəxsin ziyarətdən qayıtdıqdan sonra 100 nəfərlik şənlik təşkil etməsi olub.

News24.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

“Murodillozoda ölkənin adət-ənənələrini, bayram və mərasimlərin tənzimlənməsi haqqında qanununu pozub. Bu tədbir zamanı o, müxtəlif yeməklər hazırlamaqla israfçılığa yol verib”, – deyə məlumatda bildirilir.

Murodillozoda barəsində 481-ci maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. İş baxılması üçün Pencikent Şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, martın 9-da Tacikistan Prezidenti müqəddəs Ramazan ayı ərəfəsində ictimaiyyət nümayəndələri, elm və din xadimləri ilə görüşərək vətəndaşları Həcc ziyarətindən qayıtdıqdan sonra təşkil edilən bayram şənliyində israfçılığa yol verməməyə çağırıb: “Yaxşı olardı ki, xeyriyyə işləri görün, imkansızlara, kimsəsizlərə yardım göstərin, onların qayğısına qalın”.