Baş nazir: "Hər gün işdən çıxmağı düşünürəm"
    • 18-03-2024, 12:55
    • 100

Baş nazir: "Hər gün işdən çıxmağı düşünürəm"

Kanadanın Baş naziri Castin Trudeau siyasi gələcəyi ilə bağlı artan suallarla üzləşir, sorğular onun kanadalılar arasında getdikcə daha az populyar olduğunu göstərir.

News24.az xəbər verir ki, müsahibəsində Trudeau işindəki şəxsi fədakarlıqlarından danışıb.

Son aylarda keçirilən rəy sorğuları göstərdi ki, kanadalılar hökumətdən getdikcə daha çox narazıdırlar, buna görə də mənzil qiymətləri və yaşayış minimumu kimi məsələlərdə məyusluq yaranır.

Qeyd edək ki, Kanadada növbəti ümumi seçkilər 2025-ci ilin oktyabrına qədər keçirilməlidir.

Cümə günü fransızdilli yayımçıya verdiyi 24 dəqiqəlik müsahibəsində 2015-ci ildən bu vəzifədə olan lider, "Mən hər gün işdən çıxmaq barədə düşünürəm. Bu, verdiyim şəxsi fədakarlıqlarla çılğın bir işdir. Təbii ki, çox çətindir. Bəzən çox çətin olur".

Günel Məlikzadə