Rusiyadakı seçkilərin təsiri necə olacaq?
    • 18-03-2024, 20:00
    • 195

Rusiyadakı seçkilərin təsiri necə olacaq?

Rusiyada 2024-cü ilin mühüm seçkilərindən biri olan prezident seçkiləri üç gündən sonra başa çatıb. “Exit-poll”un nəticələrinə görə, Vladimir Putin 87,29 faiz səs toplayaraq seçkilərdə qalib gəlib.

News24.az xəbər verir ki, 71 yaşlı Putin prezident vəzifəsini 2030-cu ilə qədər davam etdirəcək. Konstitusiya dəyişiklikləri nəticəsində Putin 6-cı müddətdə prezidentliyə namizəd ola biləcək.

Rusiya prezidenti Putin 24 ildir Rusiyanı idarə edir. Bu dövr həm də o deməkdir ki, o, 31 il Sovet İttifaqına rəhbərlik edən Stalindən sonra Rusiyanı ən uzun müddət idarə edən liderdir.

Qərblə qarşıdurmalar davam edir:

Rusiya tarixinin ən çətin dövrlərindən birini yaşayır. Çünki Ukrayna müharibəsi ilə tarixdə ən çox sanksiyaya məruz qalan ölkə oldu. Onun müharibə səbəbindən Qərblə qarşıdurması və nüvə döyüşlərinə aparan gərginlik bundan sonra Putin üçün işlərin asan olmayacağını göstərir.

İndi Ukrayna müharibəsi və Qərblə gərginlik ilə gələcək gündəmlər Rusiya üçün çox önəmlidir.

İş o yerə çatıb ki, Putin qeyri-rəsmi seçki nəticələri açıqlanandan sonra çıxışında Qərb ölkələrini hədələyib. O, Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanı “Üçüncü Dünya Müharibəsinə bir addımlıq” kimi qiymətləndirib. O bildirib ki, heç kim belə bir ssenari istəməz.

Günel Məlikzadə