-
- 18-03-2024, 23:11
- 922
Limon suyu ilə bu ləkələrdən qurtulmaq olar
Hər kəs, hətta təcrübəli evdar qadınlar da adi limonun qeyri-adi xüsusiyyətlərini bilmir.
News24.az Lent.az-a istinadla bildirir ki, bu sitrus meyvəsi müxtəlif növ çirklənmələrə qarşı mübarizədə istifadə edilən birinci dərəcəli ləkə təmizləyicisidir.
Bəs, limonla hansı ləkələri çıxarmaq olar?
Turş meyvələrdən üzərinizə şirə tökülübsə, narahat olmağa ehtiyac yoxdur. Həmçinin, limon suyu ilə tər və dezodorant ləkələri ilə də vidalaşmaq olar.
Siyahı bununla bitmir. Limon şərab və pomada ləkələri çıxarmaqda da təsirlidir.
Bəs, limon ləkəsindən necə qurtulmaq olar?
Belə ki, limon suyunu birbaşa ləkənin üzərinə sıxmaq, sonra həmin nahiyəyə duz səpmək lazımdır. Növbəti addım duzu ləkənin üzərinə yaxşıca sürtməkdir, bundan sonra məhsul su ilə yuyulmalıdır. Daha sonra paltarı günəşə asmaq və quruyana qədər gözləmək lazımdır.