-
- 18-03-2024, 23:56
- 563
Mask insanları qorxutdu: 2029-cu ildə...
Sahibkar İlon Mask yaxın illərdə süni intellektin (Sİ) dünyada hər hansı bir insandan daha ağıllı olacağını proqnozlaşdırıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
"Tesla" və "SpaceX"in rəhbəri sosial mediada bloger Co Roqana müsahibəsindən video fraqment paylaşıb və orada 2029-cu ilə qədər süni intellektin istənilən insanın intellekt səviyyəsini ötəcəyini qeyd edib. Mask bu zamana qədər süni intellektin planetdəki bütün insanların ağlının cəmindən daha üstün olacağını söyləyib.
Qeyd edək ki, 2023-cü ilin noyabrında bu barədə verdiyi müsahibəsində sahibkar İlon Mask süni intellektin bəşəriyyət üçün təhlükəli ola biləcəyini söyləmişdi. Mask süni intellektin yüksəlməsi və insanlara zərər vermə ehtimalını 20 faiz qiymətləndirmişdi.