Çin 100 milyon ton neft ehtiyatı aşkar etdi
    • 19-03-2024, 14:03
    • 425

Çin 100 milyon ton neft ehtiyatı aşkar etdi

Çinin milli neft şirkəti ölkənin şimal ucunda, Koreya yarımadasının qərbində yerləşən Bohay dənizində 100 milyon ton neft ehtiyatının aşkar edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-şərqində Sarı dənizin davamı olan Bohay dənizində aparılan tədqiqatlar nəticə verib. Çinhuangdao 27-3 neft yatağında təxminən 200 kilometr məsafədə yeni ehtiyat aşkar edilib. Körfəzdəki Tienjin şəhəri yaxınlığında.

Bohay dənizində orta dərinliyi 25 metr olan neft yatağında təqribən 100 milyon ton orta ağır neft aşkar edilib.

CNOOC-un martın 8-də verdiyi açıqlamada, başqa bir kəşfiyyat nöqtəsi olan Cənubi Çin dənizinin şimal-şərqində 100 milyon ton neft ehtiyatının aşkar edildiyi bildirilib.

Bohay dənizində və Cənubi Çin dənizində dənizdə neft, təbii qaz qazması ilə məşğul olan şirkət 2024-cü ildə 700-720 milyon barel neft hasil etməyi hədəfləyir.

Günel Məlikzadə