Qızıl Meydanda Putinin "Rus baharı" bəyanatı
    • 19-03-2024, 18:15
    • 110

Qızıl Meydanda Putinin "Rus baharı" bəyanatı

Dünən axşam Qızıl Meydanda Krım üçün təşkil edilən konsertdə çıxış edən Rusiya prezidenti Vladimir Putin “Sevastopol və Krım xalqı bizim qürurumuzdur. Onlar onilliklər boyu vətənə sadiq qaldılar, heç vaxt Rusiyadan ayrılmadılar və Krımın bizim ümumi ailəmizə qayıtmasına məhz bu imkan verdi. Eyni şey Donbas və Novorossiya üçün də keçərlidir".

News24.az xəbər verir ki, Rusiya prezidenti Putin dünən axşamkı çıxışında bu sözləri deyib:

“Krımda yaşayan insanlar “Rus baharı” günlərində ailələrinin yanına qayıtmaq istəklərini bildiriblər. Onların evə səyahəti daha böyük çətinliklər və faciələrlə nəticələndi. Yenə də biz bunu etdik və bu, həm də dövlətimizin tarixində böyük hadisədir.

İndi biz birlikdə, yan-yana irəliləyirik. Elə bu gün səhər Rostovdan xəbər aldım ki, Donetsk, Mariupol və Berdyanska gedən dəmir yolu təmir olunub. Biz bu işləri davam etdirəcəyik və tezliklə qatarlar birbaşa Sevastopola gedəcək”.

Günel Məlikzadə