Bakıda aktyorun yeni tikilidən meyiti tapıldı
    • 20-03-2024, 12:23
    • 847

Bakıda aktyorun yeni tikilidən meyiti tapıldı


Bakıda aktyorun meyiti tapılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi "Zeytun savxozu" adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb. 

Mərhumun yaxınları bu barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.