-
- 20-03-2024, 17:41
- 363
“Azərbaycanla dinc yaşamaq, əməkdaşlıq istəyirik” - Paşinyan
Ermənistan Azərbaycanla sülh prosesinə sadiqdir, onunla dinc yaşamaq, əməkdaşlıq etmək istəyir.
News24.az teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib.
"Azərbaycanla sülh prosesinə sadiq olan Ermənistan öz təhlükəsizliyini ilk növbədə region və onun hüdudlarından kənarda qonşuları ilə dinc yanaşı yaşama və əməkdaşlıqda görür. Ermənistan hökumətinin təqdim etdiyi "Sülh qovşağı" layihəsi Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və sülhünə töhfə vermək məqsədi daşıyır", - baş nazir deyib.