Mütəxəssis COVID-19 olanlara xəbərdarlıq etdi
    • 20-03-2024, 22:01
    • 590

Mütəxəssis COVID-19 olanlara xəbərdarlıq etdi


Kardiologiya Mütəxəssisi Zeydin Acar bildirib ki, COVID-19 pandemiyasından sonra ölən xəstələrin təxminən üçdə biri virusun yaratdığı ürək tutması və ya ürək-damar xəstəlikləri səbəbindən dünyasını dəyişib.

News24.az publika.az-a istinadən bildirir ki, COVID-19 epidemik təsirini itirsə də, digər təsirləri hələ də davam edir.

Bildirilir ki, bu gün infarkt nəticəsində ölənlərin çoxu koronavirusa yoluxmuş insanlardır.

Zeydin Acar COVID-19-un əhəmiyyətli bir infeksiya və sağlamlıq problemi olduğunu diqqətə çatdırıb:

"Ürək infarktı və buna bənzər riskləri olan xəstələrin xəstəliyin ilkin mərhələlərində əlamətləri başlayan kimi xəstəxanaya müraciət etmələdirlər. Xüsusilə COVID dövründə gördük ki, bunun nəticəsində daha ciddi fəsadlar yaşanır. Virus bəzi ürək xəstəliklərinə səbəb olub. Xüsusilə ürək əzələsi tutulması olan xəstələr bunun peyvəndin nəticəsi olduğunu düşünürlər. Ancaq bu, əsas səhvlərdən biridir. Bugünkü elmi araşdırmalara görə, ağır koronavirus keçirənlər və miokardit dediyimiz ürək əzələsi tutulması olanlar müalicələrini pozmamalı və həkimləri ilə birlikdə hərəkət etməlidirlər. COVID-19 olan və nəfəs darlığı, ürək döyüntüsü olan insanlar bu şikayətlərdən sonra mütləq kardioloqa müraciət etməlidirlər".