Mövsüm onun üçün başa çatıb
    • 20-03-2024, 22:23
    • 289

Mövsüm onun üçün başa çatıb


Mövsüm “Real”ın qapıçısı Tibo Kurtua üçün başa çatıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, belçikalı qapıçı bu dəfə sağ dizini zədələyib.

Uzun müddətdir müalicə olunan Tibonun apreldə yaşıl sahələr dönəcəyi gözlənilsə də, o, yenidən sıradan çıxıb. Cərrahiyə əməliyyatı keçirən Kurtuanı bir neçə aylıq bərpa prosesi gözləyir. Nəticədə baş məşqçi Karlo Ançelotti mövsümün sonuna kimi Andrey Lunin və Kepa Arrisbalaqanın xidmətindən yararlanacaq.

Qeyd edək ki, Tibonun Belçika yığmasının heyətində AVRO-2024-də yollanmaq şansı sual altına düşüb.