Putin neçə faizlə qalibdir? – Yekun nəticələr
    • 21-03-2024, 13:48
    • 136

Putin neçə faizlə qalibdir? – Yekun nəticələr



Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 15, 16 və 17-də ölkədə keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

News24.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib.

Rusiya MSK-nın rəhbəri Ella Pamfilovanın sözlərinə görə, Putinə 76 277 708 nəfər səs verib.

Bununla yanaşı, Nikolay Xaritanov 4,31, Vladislav Davankov 3,85, Leonid Slutskiy isə 3,2% səs toplaya bilib.