Peterburq hədəfdə: “Növbəti hücum dağıdıcı ola bilər”
    • 21-03-2024, 21:33
    • 266

Peterburq hədəfdə: “Növbəti hücum dağıdıcı ola bilər”


Rusiyanın Sankt-Peterburq vilayətinin ən böyük dəniz limanı dron hücumları fonunda partlayıcı ammonium nitratla işləməyi dayandırıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Kommersant” məlumatlı mənbələrə istinadən yazır.

Rəsmi mənbə nəşrə deyib ki, Rusiya hökuməti dağıdıcı nəticələrə səbəb ola biləcək mümkün təxribatdan ehtiyatlanır.

Liman hər il təxminən 3 milyon ton selitra qəbul edir və göndərir. Qəzetin həmsöhbətləri qeyd ediblər ki, istehsalçılar başqa ixrac variantları axtarırlar. Ən əlverişli seçim Ust-Luq terminalı ola bilər. Ancaq bunun üçün terminal təkmilləşdirilməlidir.

Qəzetin mənbələri bildiriblər ki, bundan sonra bazarda selitraya tələbatın artacağı gözlənilir.

Ammonium nitrat kənd təsərrüfatında gübrə kimi istifadə olunan qeyri-üzvi kimyəvi maddədir. Temperatur 170 dərəcəyə qalxdıqda parçalanma prosesi başlayır, ammonium nitratın alovlanması halında partlayış dağıdıcı gücə malik ola bilər.

Ukrayna ordusu müharibə başlayandan bəri – ilin əvvəlindən ilk dəfə Peterburqu hədəfə almağa başlayıb. Artıq şəhərə bir neçə dəfə PUA hücumu olub.