-
- 22-03-2024, 11:44
- 231
Kate haqqında sui-qəsd nəzəriyyəsi
Britaniya kral ailəsi Uels şahzadəsi Keyt Middltonla bağlı susqunluğunu davam etdirir. Bu susqunluq şahzadə haqqında sui-qəsd nəzəriyyələrini gücləndirir. İngilis sui-qəsd nəzəriyyəsi tədqiqatçısı bu nəzəriyyələrdən danışarkən, "Onların hamısı unudulacaq" dedi.
News24.az xəbər verir ki, Britaniya kral ailəsinin ən məşhur üzvlərindən olan Uels şahzadəsi Keyt Middlton dekabrın sonundan bəri heç bir tədbirə qatılmayıb. Onun qarın nahiyəsindən əməliyyat olunduğu deyildikdən sonra sarayın heç bir açıqlama verməməsi şahzadə ilə bağlı nəzəriyyələri artırıb.
London Kral Kollecində sui-qəsd nəzəriyyəsi tədqiqatçısı Daniel Allinqton, Kate üzərində inkişaf edən bu prosesin əslində normal olduğunu söylədi və əlavə etdi:
"İnsanlar darıxacaqlar. Kate ictimaiyyət arasında gəzib çoxlu insanlar tərəfindən görüldükdən sonra bu söz-söhbətlər artıq inandırıcı görünməyəcək. Hələ də onun dublyor olmasında israr edənlər olacaq. Faktları heç kim bilmir. İnsanlar fərziyyə edirlər, başqa insanlar onların fərziyyələrini eşidirlər və bunun nə qədərinin sadəcə fərziyyə olduğunu başa düşmürlər. Hazırda baş verən budur".
Günel Məlikzadə